Bakı təmsilçisi Zəngəzur la qarşılaşacaq AÇIQLAMA

09.10.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

1-ci Liqa təmsilçisi "Baku Sportinq"in millilərin oyunları ilə əlaqədar yaranmış fasilə dönəmində hazırlıq proqramı bəlli olub.

Bu barədə Fanat.Az-a Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfov məlumat verib.

"Zaqatala" ilə oyundan sonra futbolçulara 3 günlük istirahət verdik. Artıq məşqlərimizi bərpa etmişik. Sabah "Zəngəzur"la yoxlama oyunu keçirəcəyik. Sınaq qarşılaşmasından sonra bir gün istirahət edib "Şəfa" ilə matça hazırlaşacağıq".

Qeyd edək ki, 1-ci Liqanın 5-ci turu çərçivəsində reallaşacaq "Baku Sportinq" - "Şəfa" görüşü Buzovna qəsəbə stadionunda baş tutacaq. Oktyabrın 17-də keçiriləcək matçın start fiti 14:30-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью