Bakı Təşəbbüs Qrupu Anlaşma Memorandumu imzaladı

21.01.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) və “Ka Ubuntu” Müstəqillik Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, Anlaşma Memorandumunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və “Ka Ubuntu” Müstəqillik Hərəkatının sədri Romen Katambara imzalayıblar.

Qeyd edək ki, Anlaşma Memorandumu yalnız siyasi müstəvidə deyil, BTQ və “Ka Ubuntu” Müstəqillik Hərəkatı arasında təhsil və səhiyyə sahələrində də əməkdaşlığı əhatə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью