Bakı Təşəbbüs Qrupu BMT nin mənzil qərargahında beynəlxalq konfrans keçirir

15.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə "Dekolonizasiya: Səssiz İnqilab"(Decolonization: Silent Revolution)" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, konsfrans BTQ-nin icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilir.

Konfransda dənizaşırı ərazilərdə - Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen-Martin, Reyunyon, Boneyra, Aruba, Fransız Polineziyası, Fransız Qvineyasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələr iştirak edir.

Qeyd edək ki, beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью