Bakı Təşəbbüs Qrupu: Fransa hökuməti Ceymsin ölüm faktını ört basdır edib | Icma.az
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 3-də Fransanın "Le Monde" nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm" adlı məqalə dərc edilib.Teleqraf-ın xəbərinə görə, məqalədə qeyd edilir ki, 2024-cü il 13 may tarixində Kanakinin (Yeni Kaledoniya) paytaxti Numea şəhərində yerləşən Kamp-Est penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verir.
Hadisə zamanı, təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi, məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılır.
Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilir.Aparılan istintaqın nəticələri göstərir ki, baş verən hadisələr zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc Kanak əsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalmış və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat etmişdir.
Əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda iştirak etməmiş, hadisələr zamanı öz kamerasında qalmışdır.
Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı Ceyms döyülmüş, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalmışdır.
Bundan əlavə, Ceymsə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməmişdir.Məhkumların ifadələrinə əsasən, Ceymsin səsi son günlər ərzində xeyli zəifləmiş, daha sonra isə tamamilə kəsilmişdir.
O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmış, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmamışdır.
Tam oxu
Xəbəri oxu