Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Bakı Təşəbbüs Qrupu Hindistanın Zikh icmasına qarşı törətdiyi sistemli kütləvi zorakılıq hadisələri barədə hesabat hazırlayıb.
Bu barədə SİA-ya qurumdan məlumat verilib.
Belə ki, "Who Are the Guilty?" adlı hesabat 1984-cü il noyabr ayında Hindistanın iki nüfuzlu insan haqları təşkilatı – Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (People's Union for Civil Liberties, PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (People's Union for Democratic Rights, PUDR) tərəfindən birgə hazırlanmış müstəqil fakt araşdırma sənədidir.
Sənəd 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında hazırlanıb.
Hesabatın əsas məqsədi 31 oktyabr 1984-cü ildə paytaxt Dehli və ətraf ərazilərində Zikh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir.
Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtaran və sağ qalanlar, şahidlər, qaçqın düşərgələrində yerləşən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulub. Hesabatın əsas nəticəsi ondan ibarətdir ki, baş verən zorakılıqların rəsmi açıqlamalardan fərqli olaraq, hökumət qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılmış və təşkil olunduğunu sübut etsinlər.
Zorakılıq aktlarının pik həddi 1984-cü il noyabrın 1-3-də qeydə alınıb. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu qeyd edir. Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi qeydə alınıb. Zorakılığın daha genişmiqyaslı sosial və iqtisadi nəticələri də dərin olub.
Rəsmi məlumatlara görə yardım düşərgələrində 20 000 nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 000-dən artıq şəxs evsiz qalmış və köçkün vəziyyətinə düşüb. Minlərlə ailə başsız qalıb, yüzlərlə uşaq yetim qalıb, çoxsaylı şəxslər ağır bədən xəsarətləri alıb. Psixoloji təsirlər uzunmüddətli xarakter daşıyıbr, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirmiş, evlərinə qayıtmaqdan imtina edib və dərin ruhi çətinliklərlə üzləşib.
Hesabata əsasən, 20–50 yaş arası gənc Ziqh kişiləri evlərdən zorla çıxarılmış, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə sulandıqdan sonra, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetirilib. Eyni zamanda geniş miqyasda qarət aparılıb, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılıb, habelə qrup zorlamaları törədilib. Bunlardan 14–50 yaş arası qadınlara qarşı ən azı dörd hal sənədləşdirilib.
Hesabat bu hadisələrin sistemli xarakterini və dövlət qurumlarının məsuliyyətini nəzərə alaraq dərhal müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, Zikhlərə qarşı törədillmiş qanlı hadisələrə görə Yüksək ranklı məmurların və siyasi fiqurların heç biri cəzalandırılıb.
Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən "dövlət səviyyəsində təşkil olunmuş qırğın" (organized carnage) kimi xarakterizə olunmuş və bu kontekstdə geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.
Qeyd edək ki, keçən ay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda baş tutan beynəlxalq konfransın sonunda dünyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən zikh icmalarının nümayəndələri Hindistan hökumətindən adıçəkilən təqibləri dayandırmağı və törədilmiş qətliamları tanımağı tələb ediblər.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Hərbi tribunallar və onların nəticələri - TƏHLİL
Minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir
Milli Məclis WUF13-lə bağlı bəzi vergi güzəştlərinin tətbiqini birinci oxunuşda qəbul edib
"Dövlət gənclərin həm milli, həm beynəlxalq fəaliyyətini gücləndirir" - ŞƏRH EDİLDİ
Azərbaycan–Yunanıstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini gücləndirir - ŞƏRH EDİLDİ
"Azərbaycan–İran dialoqu regional sabitliyin qorunmasına xidmət edir" - ŞƏRH EDİLDİ
“Azərbaycan–Misir münasibətləri yeni mərhələyə qədəm qoyub” - ŞƏRH OLUNDU
"Azərbaycanın iqlim diplomatiyası qlobal siyasi mövqelərini gücləndirir" - ŞƏRH EDİLDİ
“Dövlətin etimadı Azərbaycan gəncliyini ictimai-siyasi həyata cəlb edir” - DEPUTAT DANIŞDI
"Hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır" - ŞƏRH
“Yaz sessiyasında Milli Məclisin fəaliyyətinin səmərəliliyi təmin olunacaq” - Sədr