Bakı Ticarət Mərkəzi nin nizamnamə kapitalı kəskin azaldıldı

13.11.2025

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

"Bakı Ticarət Mərkəzi" MMC 12.11.2025-ci il tarixdən nizamnamə kapitalının 2 milyon 500 min manat azaldıldığını elan edib.

Marja.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 milyon 100 min 110 manata düşüb. "Bakı Ticarət Mərkəzi" MMC indiyədək 4 milyon 600 min 110 manat nizamnamə kapitalına malik idi. 

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlardan bir ay ərzində öz tələblərini Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 30, mənzil 67 ünvanına bildirə bilərlər.

11 iyun 2024-cü il tarixində dövlət qeydiyyatına alınmış"Bakı Ticarət Mərkəzi" MMC-nin hüquqi ünvanı Bakı, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 30, m 67, qanuni təmsilçisi Rəhimov Araz Nüsrət oğludur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью