Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI İdman və Biz

03.12.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, dekabrın 2-8-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

? Boks üzrə gənclər arasında ölkə çempionatı – 2-8 dekabr (Bakı);
? 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Bakı şəhər birinciliyi - 4-8 dekabr, saat 14:00 (Bakı Boks Mərkəzi);
? Xəzər rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri (oğlanlar) arasında basketbol turniri - 5 dekabr, saat 10:00 (230 nömrəli tam orta məktəb);
? Batut gimnastikası üzrə ölkə birinciliyi – 6 dekabr (Bakı);
? 6-7-ci sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş minifutbol üzrə Suraxanı rayon turniri - 6 dekabr, saat 10:00 ("Sport master" futbol meydançası);
? Uşu üzrə gənclər (kişilər) arasında XXXI ölkə çempionatı – 6-8 dekabr (Şağan OİK);
? Tamblinq üzrə 20-ci Bakı şəhər çempionatı - 7 dekabr, saat 10:00 (Milli Gimnastika Arenası);
? Batut gimnastikası üzrə 8-ci Bakı şəhər çempionatı - 7 dekabr, saat 10:00 (Milli Gimnastika Arenası);
? Atletika üzrə Tofiq Karayev mükafatı uğrunda üçnövçülük yarışı (2011-2012-ci il təvəllüdlü) – 7 dekabr (Bakı);
? Tamblinq üzrə ölkə birinciliyi – 7 dekabr (Bakı);
? İdman dırmanması (bolderinq) üzrə ölkə çempionatı – 7-8 dekabr (Bakı);
? Ənənəvi karate-do üzrə ölkə çempionatı (yeniyetmələr və böyüklər) - 7-8 dekabr (Bakı);
? Kəndirlə mübarizə üzrə ölkə birinciliyi və çempionatı (qapalı məkan) (yeniyetmələr, U23 və böyüklər) – 8 dekabr (Bakı).

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью