Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış intensivləşib FAKTİKİ HAVA YENİLƏNİB

02.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 13:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında dünəndən müşahidə olunan yağış yarımadanın bəzi yerlərində intensivləşib.

Bu barədə APA-ya Xidmətdən məlumat verilib.

Yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

10:06

Dekabrın 2-si saat 9:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью