Bakı və Abşeronda oğurluq edənlər tutuldu

22.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayon ərazisində iki vətəndaşa məxsus avtomobildən mobil telefonlar və məişət əşyaları oğurlayıb.

DİN-dən "Unikal"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Rəcov müəyyən olunaraq saxlanılıb.

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakinini aldadaraq telefonunu ələ keçirən və onun mobil tətbiqindən 1450 manat pul oğurlayan əvvəllər məhkum olunmuş 33 yaşlı C.Yusifova da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью