Bakı və Abşeronda tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?

30.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır:

"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.

Tozlu hava şəraitinin, meteoroloji vəziyyətdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью