Bakı və Abşeronun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq AZƏRTAC

06.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 dekabr, AZƏRTAC

Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Qobu, Güzdək qəsəbələrinə, Hökməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, təmir işlərinin bazar günü yekunlaşacağı planlaşdırılır.

Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq. Bu müddətdə sakinlərə maşınlarla su veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью