Bakı və Astana çoxtərəfli formatlarda fəal əməkdaşlıq edir Millət vəkili | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Oktyabrın 18-də Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və siyasi əlaqələrin qarşılıqlı etimad üzərində qurulduğunu ətraflı şəkildə nümayiş etdirir.
Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlıq, dostluq, ortaq türk kimliyi, oxşar mədəni ənənələr və mənəvi dəyərlər əsasında həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik möhkəmlənib".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Deputat bildirib ki, bu münasibətlərin genişlənməsində ən mühüm amillərdən biri dövlətlərarası dialoqun fəal və konstruktiv şəkildə aparılmasıdır: "Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana reallaşdırdığı yeddinci səfəri və bu ölkənin dövlət başçısı Kasım-Jomart Tokayevin Azərbaycana altı səfəri ölkələrimiz arasındakı tərəfdaşlığın hərtərəfli inkişafını təcəssüm etdirir.
Müntəzəm təmaslar gündəlikdə duran aktual məsələlərin operativ həllinə və strateji əməkdaşlığın əsas istiqamətlərində razılaşdırılmış mövqelərin müəyyənləşməsinə imkan verir.
İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi Qazaxıstanın bu sahədəki dəstəyinin bariz nümunəsidir.
Ölkələrimiz, həmçinin çoxtərəfli formatlarda, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi çərçivəsində də fəal əməkdaşlıq edir.
Tam oxu
Xəbəri oxu