Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aydın Hüseynov: Azərbaycan və Qazaxıstan əməkdaşlığı enerji ilə məhdudlaşmırOktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.“Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Dövlət başçıları birgə foto çəkdirdilər.Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan və Qazaxıstan arasındakı iqtisadi əlaqələr son illərdə yeni mərhələyə qədəm qoyub və bu əlaqələrin istiqamətləri getdikcə daha da genişlənir:"Hər iki ölkə zəngin təbii resurslara, strateji coğrafi mövqeyə və regional inteqrasiyada mühüm rola malikdir.
Bu potensial iqtisadi əməkdaşlığın təkcə ənənəvi enerji sahəsi ilə məhdudlaşmamasını, həm də nəqliyyat, kənd təsərrüfatı, sənaye, rəqəmsal iqtisadiyyat və logistika kimi müxtəlif istiqamətlərdə inkişafını zəruri edir.
İlk növbədə, enerji sektoru iki ölkə əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır.
Qazaxıstanın neft və qaz resurslarının Azərbaycanın enerji infrastrukturundan istifadə etməklə dünya bazarına çıxarılması mühüm strateji əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər enerji layihələri çərçivəsində Qazaxıstanın xam neftinin Azərbaycan üzərindən nəqli iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə böyük töhfə verir.
Bu, həm də Xəzər regionunun enerji təhlükəsizliyinə əlavə sabitlik qazandırır. Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – yəni Orta Dəhliz – hər iki ölkənin iqtisadi inkişafı üçün strateji imkanlar yaradır.