Bakı və bölgələrdə daha 11 nəfər saxlanılıb

30.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью