Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib

11.07.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Bakı, Sumqayıt şəhəri, Lənkəran və Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqlar məhv edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Reyting.az-a bildirilib ki, Bakı şəhəri Nərimanov rayonu Şəmsi Rəhimov küçəsində, Nizami rayonu Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Bulvar küçəsində, Lənkəran rayonu Sinovlu kəndi və Xaçmaz rayonu Çiləgir kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 68 490 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью