Bakı və Daşkənd: 2 metro, 1 problem FOTO

22.07.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan bizdən 10 il sonra – 1977-ci ildə metropolitenlə tanış oldu. Bakı və daşkənd metropolitenlərini birləşdirən ümumi cəhət hər ikisinin sovet konsepsiyası ilə layihələndirilməsidir. hər 2 metropolitendə eyni tip qatarlar hərəkət edir. 

Avtosfer.az xəbər verir ki, Bakıdakı kimi  daşkəndlilər də metrodan istifadədə çətinblik çəkirlər. 40 dərəcəni keçən istidə köhnə model qatarlarda gedən sərnişinlər boğulmaqdan şikayət edirlər. Özbəklər sosial şəbəkədə bildirirlər ki, vaqonlarda şərait dözülməzdir. 
Məsələyə metro rəhbərliyi də münasibət bildirib. Qeyd olunub ki, köhnə model vaqonlar kondisionersiz layihələndirilib. İndi isə onları soyutma sistemi ilə təchiz etmək ümmkün deyil. Metronun vaqon parkı tədricən yenilənir. Artıq hərəkət tərkiblərinin yarısını yeni nəsil qatarlar təşkil edir. İlin sonunadək daha 3 qatar alınacaq.
1977-ci ildə istismara verilən Daşkənd metrosu 50 stansiya və 4 xətdən ibarətdir. Tikilmə ardıcıllığına görə Türk  dövlətləri arasında ikincidir (Bakıdan sonra, İstanbuldan əvvəl).

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью