Bakı və İrəvan arasında YENİ VASİTƏÇİ Tramp sülh vəd edir? Yeni Sabah | Icma.az
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Donald Trampın ABŞ-dəki prezident seçkilərində əldə etdiyi qələbədən sonra, hər kəsin gözü Vaşinqtona çevrilib.
Birinci prezidentliyi dövrü olduqca qalmaqallı və müzakirələrlə dolu keçən Trampın növbəti 4 il ərzində nə edəcəyi hər kəs tərəfindən böyük maraqla gözlənilir.
Xüsusilə, onun seçki kampaniyası zamanı dünyada davam edən bütün aktiv münaqişələrin bitiriləcəyi ilə bağlı verdiyi vəd ciddi müzakirələr yaradıb.
Ölkəmizdə ən çox maraqla gözlənilən məsələlərin başında isə Trampın Azərbaycan və Ermənistan arasında imzlanması nəzərdə tutulan yekun sülh müqaviləsi ilə bağlı hansısa addım atıb-atmayacağı ilə bağlıdır.
Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan politoloq və professor Əlimusa İbrahimov bildirib ki, Trampın Bakı və İrəvan arasında sülh istiqamətində hansısa addım atması inandırıcı deyil: “Tramp seçkiqabağı kampaniyası vaxtı dünyada mövcud olan münaqişələrin qarşısını alınmasından bəhs edirdi.
O, dəfələrlə bildirib ki, özü hakimiyyətdə olsaydı, Rusiya-Ukrayna münaqişəsi baş verməzdi.
Hətta Tramp iddia edirdi ki, prezident olacağı təqdirdə, bu müharibəni cəmi 1 günə bitirəcək.
Tam oxu
Xəbəri oxu