Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalandıqdan sonra beynəlxalq təşkilatlarda bir-birinə qarşı irəli sürdükləri iddiaları geri götürə bilər.
"Bakupost" xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparat rəhbəri Lilit Makunts müxalifətçi deputat Ruben Mxitaryanın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, eləcə də baş nazir hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında sülh prosesinin məntiqinə uyğun olaraq, qarşılıqlı iddialardan imtina ilə bağlı qərar qəbul edilə bilər.
Yasəmən, BakuPost