Bakı və İrəvan danışıqlarına kim mane olur? (ŞƏRH) | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bakı və İrəvan arasında vasitəçilərsiz danışıqlar Ermənistan xarici güclərdən asılılıqdan xilas olduqda mümkün olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqların hansı halda mümkün ola biləcəyi sualına cavabında deyib.
Əlimusa İbrahimov bildirib ki, Bakı ilə İrəvan arasında vasitəçilərsiz danışıqlar Azərbaycanın istədiyi və nail olmağa çalışdığı əsas məsələdir: "Azərbaycan I Qarabağ müharibəsindən və 44 günlük qələbəmizdən sonra vasitəçilərsiz və birbaşa danışıqlar üçün ciddi səy göstərir.
Bu təşəbbüslər torpaqlarımız işğal altında olan zaman münaqişənin həll olunmasına guya yardım göstərən qüvvələr tərəfindən qəbul olunmur və Ermənistan tərəfindən də dəstəklənmirdi.
Böyük güclər danışıqlar prosesini öz gündəlikləri çərçivəsində aparır, öz maraqlarını müdafiə edirdilər.
Onların maraqları İrəvanın mənafeyinə xidmət etdiyindən və zəif mövqeyə malik olduğundan Ermənistan da onların arxasınca sürünürdü".
Ekspert qeyd edir ki, 44 günlük müharibə və antiterror əməliyyatlarından sonra vəziyyət dəyişsə də Ermənistanın xarici güclərdən asılılığı əvvəlki tək davam edir: "Xarici dəstəkçilər İrəvana müxtəlif platformalar təklif etməklə onu Bakı ilə vasitəçilərsiz danışıqlara getməkdən çəkindirir.
Tam oxu
Xəbəri oxu