Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Rusiya lideri Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Moskvada görüşəcəklər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyadakı diplomatik mənbələr açıqlayıb.
Məlumata görə, tərəflər razılığa gələcəklər ki, may bayramlarından (Qələbə Günü - red.) sonra Ermənistan və Azərbaycan Alma-Atada sülhlə bağlı hansısa sənədi (sülh sazişi nəzərdə tutulur) imzalayacaqlar. İmza yeri kimi Qazaxıstanın Alma-Ata şəhəri seçilib ki, bu da təsadüfi deyil. Çünki Alma-Ata Bəyannaməsi Azərbaycan-Ermənistan danışıqlarının mərkəzində rəhbər kimi göstərilib.
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu barədə suala cavab verməkdən imtina edib.
Ağarza Elçinoğlu