Bakı və rayonlarda güclü külək əsir FAKTİKİ HAVA

21.08.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью