Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 avqust AZƏRTAC
Avqustun 28-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silah, 6 tüfəng, 2 patron darağı və 69 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.