Bakı və Roma tərəfdaşlığı gücləndirir

23.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib. Qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinin hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Bu baxımdan cari ilin oktyabr ayında Romaya səfər çərçivəsində aparılan müzakirələrin vacibliyi diqqətə çatdırılıb, əldə olunmuş razılaşmaların icrası, yeni birgə təşəbbüslərin və investisiya layihələrinin təşviqi məsələləri nəzərdən keçirilib. Elektronika məhsulları

Tərəflər həmçinin Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığının gələcək perspektivləri, ticarət dövriyyəsinin artırılması, eləcə də sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью