Bakı və Sumqayıt istiqamətində iki marşrut üzrə avtobuslar YENİLƏNİR

13.09.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

157 və 503 nömrəli marşrutlar üzrə müasir və komfortlu avtobuslar xətlərə buraxılır.

Yerüstü Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görə, AYNA tərəfindən sözügedən iki marşrut üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar – "BusTrans" MMC və “BakuBus” MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 AZN, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 AZN təşkil edəcək.

Hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью