Bakı və Sumqayıtda maşın qaçıranlar tutuldu Biri keçmiş məhkumdur

02.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Polis Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxsləri saxlayıb.

Noyabrın 30-da səhər saatlarında Ceyranbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 22 yaşlı C.Məmmədli avtomobillə birgə saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Avtomobil Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində aşkar olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью