Bakı və Sumqayıtda oğurluq edənlər saxlanıldı

24.02.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nizami rayonu ərazisində yerləşən evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı A.Alkişiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 600 manatını oğurlamaqda şübhəli bilinən 32 yaşlı F.Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью