Bakı və Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanıldı VİDEO

08.07.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nərimanov rayonu və Sumqayıt şəhərində silsilə oğurluq hadisələri qeydə alınıb. Market və avtomobillərdən ümumi dəyəri 2000 manatdan artıq olan tütün məmulatları naməlum şəraitdə talanıb.
Bizim.Media xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Q.Kərimov müəyyən olunaraq saxlanılıb.
Saxlanılan şəxsdən həmçinin narkotik vasitə olan heroin də aşkarlanıb.
Araşdırma aparılır.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью