Bakı və Vaşinqton Orta Dəhlizin inkişafını müzakirə etdi KONKRET

31.07.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı işlər vəkili Emi Karlonla görüşüb.

KONKRET.az xəbər verir ki, görüş zamanı tərəflər nəqliyyat məsələlərinə, Orta Dəhlizin inkişafına və bu istiqamətdə daşımaların perspektivlərinə toxunublar.

Bundan əlavə, telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt və amerikalı şirkətlərlə gələcək əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью