Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, iştirakçılar sırasına Əlcəzairin “Madar Pro” kontinental komandası əlavə olunub.
Bununla da turnirdə çıxış edəcək komandaların sayı 19 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 14 kontinental komanda və Azərbaycan yığması olmaqla 23-ə yüksəlib.
Federasiyadan verilən məlumata görə, yarışda ümumilikdə 25 komandanın iştirakı nəzərdə tutulur. Hazırda təşkilatçılar daxil olan müraciətləri nəzərdən keçirir və növbəti iki komandanın seçilməsi istiqamətində iş aparırlar.
Qeyd edək ki, yarış mayın 10–14-də təşkil olunacaq.
Teymur Tuşiyev
İdman.Biz