Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün saat 19:00 radələrində Bakı-Xırdalan marşrutu üzrə hərəkət edən qatar Dərnəgül stansiyasında dayanıb.
Redaktor.az-a daxil olan məlumata görə, qatar bir müddət stansiyada gözləsə də, hərəkətini davam etdirə bilməyib.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev Redaktor.az-a bildirdi ki, bu gün saat 19 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb:
"Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə tədbirlər görülür".
Xədicə BAXIŞLI