Bakı yollarında müəmmalı kameralar: KİM NƏYİ ÇƏKİR?

16.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Son günlərdə Bakının bir çox küçə və prospektlərində qəfil peyda olan videokameralar sürücülər arasında müxtəlif fərziyyələr yaradıb.

Oxu.Az xəbər verir ki, sürücülər sosial şəbəkələrdə arıq bir həftədir ki, bu cür çəkilişlərin aparıldığını müşahidə etdiklərini vurğulayıblar.

"Bir həftədir ki, bu çəkilişlər müxtəlif yollarda aparılır, amma kim nəyi çəkir, nəyə nəzarət edir məlum deyil", - deyə sürücülərdən biri bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında çəkilişlərin qurum tərəfindən aparıldığını bildirib.

"AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişləri aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir", - deyə T.Orucov bildirib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью