Bakı yollarında qorxulu rəqib Bu maşınlar partlaya bilər | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Taksi kimi fəaliyyət göstərən avtomobillərin adı tez-tez qəza hadisələrində hallanır.
Bir müddət əvvəl “Toyota Prius” markalı maşınların yollarda yaratdığı təhlükə müzakirə obyektinə çevrilmişdi.
Lakin ötən il köhnə avtomobillərin dövriyyədən çıxarılması ilə “Toyota Prius”ların da sayında azalma müşahidə edildi.
Son günlər isə sosial şəbəkələrdə sözügedən avtomobilə yeni “rəqibin” gəldiyi haqda fikirlər səsləndirilir.
Söhbət qorxulu vəziyyətin yaranmasına səbəb olan “Chevrolet Cobalt” markalı avtomobillərdən gedir.
Bildirilir ki, bu maşınların 90 faizi qazla işləyir və həm sürücü, həm də sərnişinlərin həyatı üçün təhlükəlidir.
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, “Toyota Prius” markalı maşınlarda ciddi problem yox idi: “Sadəcə digər avtomobillərlə müqayisədə əyləc sistemi ilə bağlı narahatlıqlar var.
Tam oxu
Xəbəri oxu