“Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” Simonyan

26.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb”​.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Simonyan Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb. 

“Bəli, səfər dekabrın əvvəlində baş tutacaq, lakin Bakıya olmayacaq. Ehtimal edirəm ki, ya Gəncə, ya da hər hansı başqa bir şəhər olacaq, amma Bakı yox”, - o deyib. 

Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabrda Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью