Bakı Zooloji Parkına giriş üçün QİYMƏTLƏR AÇIQLANDI

06.06.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.

BAKU.WS-in məlumatına görə, Bakı Zooloji Parkı hər gün saat 10.00-dan 17.30-a qədər fəaliyyət göstərir.

Zooparka giriş üçün biletin qiyməti böyüklər üçün 5, uşaqlar üçün isə 2 manat təşkil edir. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün bilet pulsuzdur. Qazilər, Vətən müharibəsi əlilləri, eləcə də şagird və tələbələr üçün giriş güzəştli qaydada tətbiq olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью