BakıAğstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edildi CƏDVƏL

12.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yollar” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən Globalinfo.az-a verilən məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.

Bundan əlavə, sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью