BakıAğstafa marşrutuna əlavə reyslər təyin EDİLİR

18.11.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-dən əlavə qatar reysləri təyin edir.

ADY-dən Redaktor.az-a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün, hər iki istiqamətə səfər etmək olar.

Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki,

- COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər

- Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.

Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью