BakıAğstafaBakı marşrutu üzrə əlavə reyslər TƏYİN EDİLDİ FOTO

18.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 24 noyabr tarixində əlavə qatar reysləri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
“Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur:
- COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər
- sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar”.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью