BakıBalakən qatarında internet olacaq

28.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Azərbaycan Dəmir Yollarının qatarlarında sərnişinlərə pulsuz simsiz internet bağlantısı təqdim edilib.
Bizim.Media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli “W-Fi” internet bağlantısı mövcuddur.
Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı–Balakən–Bakı reyslərini yerinə yetirəcək qatarlarda da aktiv ediləcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью