Bakıda “011” Mitsubishi ilə toqquşdu 1 ölü, 2 yaralı

19.07.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Hikmət İskəndərovun idarə etdiyi "VAZ 21011" markalı avtomobilin yol kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью