Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib.