Bakıda 10 metrlik ağac bir gecədə yoxa çıxarıldı

02.03.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Bayıl qəsəbəsində ağac kəsilib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Vətəndaş iddia edir ki, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 52C ünvanında iki gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən hündürlüyü 10 metrə qədər olan ağac kəsilərək yoxa çıxarılıb.

Ağacın iki il əvvəlki fotosu:

O da qeyd olunub ki, ağacın yerinin itirilməsi üçün ərazi yaxşıca təmizlənib.

Məsələ ilə əlaqədar aidiyyatı quruma sorğu ünvanladıq.

Ərazidən görüntüləri təqdim edirik:

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью