Bakıda 10 minə maral başı satılır

07.10.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakıda 10 min manata maral başı satılır.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə elan yerləşdirilib.

Satıcı bildirib ki, maral başının əllidən çox yaşı var, Sibirdən gətirilib. Onun sözlərinə görə, suvenirin son qiyməti 10 min manatdır.

Qeyd edək ki, bu cür dekorativ əşyalar taxidermiya üsulu ilə hazırlanır. Heyvan öldükdən sonra onun dərisi ehtiyatla çıxarılır, qorunması üçün xüsusi şəkildə işlənir, sonra içəridə maralın baş və boyun formasında hazırlanmış süni qəlibin üzərinə çəkilir. Buynuzlar çox vaxt həqiqi olur, gözlər isə adətən süni şüşədən düzəldilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью