Bakıda 10 minlik lotereya bileti oğurlandı: saxlanılanlar var

16.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində “Hunday” markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью