Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb.
Lent.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıyev saxlanılıb.
Onun oğurladığı mobil telefonları və planşeti satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.