Bakıda 10 motosikletli təcili yardım olacaq

11.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” motosiklet xidmətini tətbiq edir. 

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb. 

Ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu model ilkin mərhələdə pilot layihə kimi Bakı şəhərində tətbiq ediləcək. 

Pilot layihənin nə qədər müddət davam etməsi nəzərdə tutulur? 

“Ambucycle” layihəsində iştirak edən feldşerlərə təlimləri hansı mütəxəssislər keçib? 

“Cebheinfo.az”-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, “Ambucycle” motosiklet xidməti təcili tibbi yardımın vətəndaşlara daha sürətli çatdırılması məqsədilə tətbiq olunur: 

"İlk mərhələdə 10 motosikletin mərhələli qaydada istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələnin nəticələri və xidmət modelinin effektivliyi qiymətləndirildikdən sonra “Ambucycle” xidmətinin əhatə dairəsinin genişləndirilməsi nəzərdən keçiriləcək. 

"Ambucycle" heyətində fəaliyyət göstərən feldşerlər peşəkar tibbi hazırlığa malik olmaqla yanaşı, müvafiq sürücülük kateqoriyası üzrə rəsmi vəsiqəyə sahibdirlər. 

Feldşerlər İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində müvafiq nəzəri və praktiki təlimlərdən keçiblər". 

Gülər Həsənli 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью