Bakıda 1000 manatlıq 4 akkumulyator oğurlanıb

28.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xəzər rayon sakini olan bir nəfər polisə müraciət edərək “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 1000 manat olan 4 ədəd akkumulyatorun oğurlandığını bildirib.

Bu barədə XQ-yə DİN-dən məlumat verilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Mirələmov saxlanılıb.

Paytaxtın Binəqədi və Yasamal rayonları ərazilərində də talama cinayətləri qeydə alınıb. Zərərçəkən şəxslər polisə müraciət edərək “Toyota” markalı avtomobildən mobil telefonlar, içərisində nağd pul və digər şəxsi əşyalar olan çanta, eləcə də velosipedin oğurlandığı barədə məlumat veriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən R.Mikayılov, A.Abdurahmanov və K.Heydərov saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью