Bakıda 102 minlik dələduzluq: tutulan var

19.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью