Bakıda 11 ayda orta əməkhaqqı 7 %dən çox artıb

25.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 251,6 manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 % artaraq 993,2 manat təşkil edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью