Bakıda 12 ci sinfi bitirənlərin sayı açıqlandı

13.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XII siniflərini (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) 78 nəfər bitirir.

Gununsesi.info AzEdu.az-a istinadən xəbər verir ki, BŞTİ-dən verilən məlumata görə, cari tədris ilində paytaxt məktəblərinin IX siniflərini 50 219, XI siniflərini isə 37 222 nəfər başa vurur.

Bununla yanaşı, Bakıdakı ümumi təhsil müəssisələri üzrə 41 941 şagird I sinfi tamamlayır.

Məlumatda qeyd olunub ki, hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır. Həmin məktəblərdə ümumilikdə 32 052 müəllim fəaliyyət göstərir.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью