Bakıda 12,7 min kvadratmetr sahəsi olan məşhur fabrik 4 milyona hərraca çıxdı

19.02.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 50 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 5 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 12 718,8 kvadratmetrə bərabərdir. 65 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 4 milyon 8 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə SSRİ zamanında Cənubi Qafqazın ən böyük makaron istehsalı müəssisəsi – Bakı Makaron Fabriki fəaliyyət göstərib. 1984-cü ildə istifadəyə verilən Bakı Makaron Fabriki gün ərzində 70 tondan çox makaron istehsal edib. 500-dən çox işçisi olan fabrikin istehsal etdiyi makaron daxili tələbatı 100 faiz ödəyib və bir çox ölkələrə də məhsul ixrac edib.




Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью